• 20 May 2024
logo
Göyçədə partlayış: Bir gündə 2 nəfər öldü

Göyçədə partlayış: Bir gündə 2 nəfər öldü

Ermənistanın Göyçə vilayətində atışma baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ermənistan Daxili İşlər Nazirliyinin Göyçə vilayəti üzrə bölməsinə Noratus kəndində atışma baş verməsilə bağlı məlumat daxil olub.

Hadisə yerinə gələn polislər evlərin birindən başından güllə yarası almış 73 yaşlı Borik Abramyan adlı şəxsin meyitini aşkarlayıb. Onun yanında “Makarov” markalı tapança tapılıb.

Erməni mətbuatı yazır ki, Borik Akopyanın oğlu Qagik Akopyan da 2019-cu ilin 2 noyabrında odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Qeyd edək ki, Noratus kəndində daha bir nəfər partlayış nəticəsində ölüb.