• 4 May 2024
logo
İsrail İrana atdığı raketi özü məhv edib - KİV

İsrail İrana atdığı raketi özü məhv edib - KİV

İsrail ABŞ və digər müttəfiqlərinin təzyiqi səbəbindən İrana daha geniş zərbə endirmək planlarından imtina edib.

Baymedia.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” İsrailin üç yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail İranda, o cümlədən Tehran yaxınlığındakı bir neçə hərbi obyektin daha geniş şəkildə bombalanması variantını nəzərdən keçirib. Bununla belə, ABŞ, Böyük Britaniya və Almaniya liderlərinin təzyiqi və İranın aprelin 14-də vurduğu zərbənin zərər yetirməməsi səbəbindən İsrail eskalasiyanın qarşısını alan daha məhdud cavab variantını seçib.

“İsrail İranın hava məkanına qırıcı təyyarələr göndərməyi planlaşdırırdı, lakin bunun əvəzinə sərhəddən bir neçə yüz mil uzaqlıqdakı təyyarələrdən az sayda raket atıb. Bir raket İranın zenit batareyasını vurub, digəri isə havada partlayıb. Raketlərdən birinin hədəfinə dəydiyini görən İsrail Hərbi Hava Qüvvələri çox zərər verməmək üçün ikinci raketi qəsdən havada məhv edib”.