• 18 May 2024
logo
Netanyahu Berbokla mübahisə etdi: Biz nasist deyilik!

Netanyahu Berbokla mübahisə etdi: Biz nasist deyilik!

Almaniyanın xarici işlər naziri Annalena Barbok və İsrailin baş naziri Benyamin Netanyahu arasında Qəzza zolağındakı müharibə ilə bağlı qızğın mübahisə yaşanıb.

Baymedia.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalının jurnalisti Moria Asad Volberq deyib.

O bildirib ki, siyasətçilər bir-birilərinə qarşı olduqca ağır ittihamlar səsləndiriblər.

Mübahisəyə səbəb İsrailin tərəfinin alman nazirə Qəzzadan göstərdiyi görüntülərlə bağlı olub.

Belə ki, videoda Qəzza zolağında bazarlar, orada xeyli ərzaq məhsullarının olduğu görünür.

İddia edilir ki, bu yolla İsrail tərəfi Berboka sübut etmək istəyib ki, Qəzzada aclıq problemi Avropa ölkələri rəsmilərinin düşündüyü qədər kəskin deyil.

Berbok da öz növbəsində Qəzza zolağında ərzaqla bağlı vəziyyətin fəlakətli olduğunu təkid edərək, İsrail tərəfinə Qəzza zolağında aclıq çəkən uşaqların fotoşəkillərini də göstərə biləcəyini bildirib.

Məhz bundan sonra tərəflər arasında kəskin debat başlayıb.

“Kanal 13”ün əməkdaşının sözlərinə görə, Netanyahu hətta emosiyalara qapılaraq israillilərin nasistlərə bənzəmədiyini bildirib.

Qeyd edək ki, BİLD nəşri də siyasətçilər arasında mübahisə olduğunu təsdiqləyib.