• 3 May 2024
logo
Aİİ-dən ən çox İrəvan faydalanır - Lavrov

Aİİ-dən ən çox İrəvan faydalanır - Lavrov

Ermənistan iqtisadiyyatının 35%-i Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirak hesabına formalaşır.

Baymedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“2023-cü ildə Ermənistanın ticarət dövriyyəsi 20 milyard dollar olub və bunun 37%-i Aİİ, 13%-i AB, 3%-i ABŞ-ın payına düşür. Ermənistan kiçik ölkə olmaqla Aİİ-yə digər ölkələrə nisbətən daha az töhfə verir. Ancaq eyni zamanda, qərarlar qəbul edildikdə, səs verəndə Rusiya da daxil olmaqla, hamı ilə bərabər hüquqlara malikdir. “Qazprom Ermənistan” 1000 kubmetr qaza 177 dollar verir, Qərbdə iki-üç dəfə artıq pul ödəyirlər. Əgər Ermənistanı öz qazı ilə qızdırmaq istəyirlərsə, onda bilmirəm necə olacaq. Ümid edirəm ki, ermənilər Metsamor Atom Elektrik Stansiyasında hasil edilən enerjinin əhəmiyyətini anlayırlar. Ona görə də Rusiya və Aİİ tərəfindən kiçik Ermənistanın istismarı mənzərəsini yaratmağa çalışanlar bu barədə düşünməlidirlər”,- Lavrov bildirib.