• 18 May 2024
logo
NATO-nun yaxınlaşmasına imkan verməyəcəyik - Lavrov

NATO-nun yaxınlaşmasına imkan verməyəcəyik - Lavrov

NATO-nun Ukraynada sərhədlərini Rusiyaya yaxınlaşdırmaq cəhdləri uğursuzluğa məhkumdur.

Baymedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər NATO Ukraynada sərhədlərini bizim sərhədlərimizə yaxınlaşdırmaq istəsə, buna imkan verməyəcəyik”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Qərbi Ukraynanın taleyi hələ məlum deyil:

“Bu məsələ müxtəlif siyasətçilər öz fikirlərini səsləndirir. Amma əslən rus olan, rus dünyasının bir parçası olmaq istəyən, rusca danışıb övladlarını böyütmək istəyən Ukrayna həm Rusiya imperiyasında, həm də Sovet İttifaqı dövründə Böyük Vətən müharibəsində bu torpaq uğrunda qan tökənlərin abidələrinə gül-çiçək gətirmək istəyir”.