• 2 May 2024
logo
İsrail İrana hücumla bağlı açıqlama verməkdən imtina etdi

İsrail İrana hücumla bağlı açıqlama verməkdən imtina etdi

Aprelin 19-u səhər saatlarında İsrailin İranın bir neçə bölgəsinə hava hücumu ilə bağlı xəbərlərə rəsmi Təl-Əviv münasibət bildirməyib.

Baymedia.az xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi İsrail ordusunun sözçüsü Piter Lernerə istinadən məlumat yayıb.

“Hələlik bu barədə şərh verə bilmərik”, - o deyib.

O, həmçinin İsrail vətəndaşları üçün təhlükəsizlik təlimatlarında heç bir dəyişiklik olmadığını açıqlayıb.