• 2 May 2024
logo
Avstraliya çağırış etdi: İsraili tərk edin!

Avstraliya çağırış etdi: İsraili tərk edin!

Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırıb.

Baymedia.az xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyinin X səhifəsində bildirilib.

“Bütün regionda İsrailə və İsrailin maraqlarına qarşı hərbi cavab əməliyyatları və terror hücumları ehtimalı var. Təhlükəsizlik vəziyyəti sürətlə pisləşə bilər. İsrail və Fələstin ərazilərində olan avstraliyalıları bölgəni tərk etməyə çağırırıq”, - nazirlik vurğğulayıb.

Bununla yanaşı bölgədə yaşayan avstraliyalılara hava məkanının bağlanması, uçuşların ləğvi və digər səyahətlərin dayandırılması ehtimalı barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, İsrail aprelin 19-u səhər saatlarında İranın bir neçə bölgəsində hərbi obyektlərə hava zərbələri endirib.