• 2 May 2024
logo
İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

İsrailin İrana endirdiyi zərbələrdən sonra ölkədə uçuşlara məhdudiyyət tətbiq edilib.

Baymedia.az xəbər verir ki, “Fars” xəbər agentliyi İsfahanda aviabaza yaxınlığında partlayışlar olduğunu təsdiqləyib. Bildirilib ki, səhərə yaxın İsfahanın şimal-qərbində yerləşən hərbi aviabazanın yaxınlığında 3 güclü partlayış səsi eşidilib.

Partlayışlardan sonra hava hücumundan müdafiə sistemləri fəallaşıb və pilotsuz uçuş aparatı olduğu ehtimal edilən hədəfə atəş açılıb.

“Mehr” agentliyi “kiçik ölçülü PUA-ların” hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu bildirib.

Bunun ardınca isə İranın bir çöx bölgələrində uçuşlar dayandırılıb.

Tehran, İsfahan, Şiraz, qərb, şimal-qərb və cənub-qərb bölgələrində bütün aviareyslər ləğv edilib.

Bununla yanaşı İran səmasından keçən təyyarələr marşrutlarını dəyişiblər.

İran ordusunun İsfahandakı yüksək rütbəli zabiti Siyavuş Mihəndust ciddi hadisə baş vermədiyini deyib:

“Hava hücumundan müdafiə sistemləri uçan şübhəli hədəfə atəş açıblar, heç bir xəsarət yoxdur”.