• 2 May 2024
logo
Medvedyevdən Zelenskiyə: Qorx, təlxək!..

Medvedyevdən Zelenskiyə: Qorx, təlxək!..

Polşada Ukrayna Prezidenti Vladimir Zelenskiyə sui-qəsd hazırlığı ilə bağlı yayılan xəbərlər Qərbin onu aradan götürmək qərarına gəldiyinin ilk sübutu ola bilər.

Baymedia.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Polşada əsas Bandera üzvünün həyatına qəsd? Amma bu, həqiqətən ciddidir. Narkotik kloununun ciddi təşviş üçün əsası var. Çox güman ki, bu, Qərbin onu aradan götürmək qərarına gəldiyinin ilk sübutudur. Qorx, təlxək!”, - o bildirib.