• 1 May 2024
logo
Kuleba Blinkenlə görüşdü

Kuleba Blinkenlə görüşdü

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Baymedia.az xəbər verir ki, bu barədə D.Kuleba X hesabında yazıb.

O bildirib ki, görüşdə ən qısa zamanda Ukraynaya daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri və raketləri çatdırmaq üçün birgə qlobal səylər müzakirə olunub:

"Mən Blinkenin lazımi qərarların qəbul edilməsində verdiyi dəstəyi yüksək qiymətləndirirəm. Hər ikimiz ABŞ Konqresinin Ukraynaya əlavə yardım paketini qəbul etməsinin təcili olduğunu vurğuladıq”.