• 1 May 2024
logo
AİB Ukraynaya 560 milyon avro verir

AİB Ukraynaya 560 milyon avro verir

Avropa İnvestisiya Bankı (AİB) Ukrayna hökumətinə ölkənin yenidən qurulmasına kömək etmək məqsədilə 560 milyon avro verəcək.

Baymedia.az xəbər verir ki, bu barədə “Politiko” nəşri bankın prezidenti Nadia Kalvinyoya istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, gün ərzində Ukrayna rəhbərliyi ilə müvafiq memorandum imzalanacaq.

Bildirilib ki, vəsait enerji infrastrukturunun, avtomobil və dəmir yollarının, xəstəxanaların tikintisinə və mülki əhalinin müdafiəsinə yönəldiləcək.