• 18 May 2024
logo
Ərəb dövlətləri İran hücumunda kimin yanında olub?

Ərəb dövlətləri İran hücumunda kimin yanında olub?

Səudiyyə Ərəbistanı və BƏƏ İranın hücumuna qarşı mübarizədə ABŞ ilə əməkdaşlıq edib.

Baymedia.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ ilə birgə kəşfiyyat əməkdaşlığına malikdir. Bu, İranın İsrailə genişmiqyaslı hava hücumuna qarşı uğurlu müdafiə reaksiyasına töhfə verib. Buna baxmayaraq, onlar ABŞ və İsrailin öz hava məkanlarından istifadəsinə icazə verməyiblər.