• 29 Aprel 2024
logo
AB-nin XİN rəhbərləri İranın hücumlarına görə toplanır

AB-nin XİN rəhbərləri İranın hücumlarına görə toplanır

Avropa Birliyinin xarici işlər nazirləri (XİN) aprelin 16-da videobağlantı vasitəsilə İranın İsrailə hücumlarından sonra regional vəziyyəti müzakirə edəcəklər.

Baymedia.az xəbər verir ki, bu barədə AB-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano bildirib.

"Şurada gələcək addımlar, AB və onun üzv ölkələrinin İranın eskalasiyasına necə reaksiya verməli olduğu müzakirə ediləcək”, - Stano qeyd edib.