• 20 May 2024
logo
Rusiya Sloveniya diplomatını ölkədən çıxarır

Rusiya Sloveniya diplomatını ölkədən çıxarır

Sloveniyanın Moskvadakı səfirliyinin əməkdaşı Rusiyada “persona non-qrata elan edilib”. Bu qərarı Rusiya tərəfi Sloveniyanın hərəkətlərinə cavab olaraq qəbul edib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qarşılıqlılıq prinsipi nəzərə alınaraq, səfirə Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşının “persona non-qrata” elan edilməsi notası təqdim edilib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, martın 21-də Sloveniya Rusiya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etmişdi.