• 20 May 2024
logo
2025-ci ilə kimi Rusiyanın tankı qalmayacaq

2025-ci ilə kimi Rusiyanın tankı qalmayacaq

Rusiyanın Ukraynaya qarşı müharibəsinin artıq üçüncü ilidir. Rusiya siyasi, sənaye və hərbi cəhətdən tam səfərbər olub. Amma bu səfərbərlik Kremlin yeniləyə bilmədiyi resurslarını da boşaldır. Başqa sözlə, Rusiya güclüdür, lakin kövrəkdir.

Baymedia.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.

“Ukrayna da səfərbər olub, lakin xarici yardımdan asılı olaraq qalır və ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Rusiyaya dost respublikaçılar bu yardımın mühüm hissəsinin qarşısını alırlar”, - nəşr bildirib.

Qeyd olunub ki, 26 ay davam edən ağır döyüşlər zamanı Rusiya hərbçiləri Ukraynada 15300 tank, döyüş maşını, haubitsa və digər silah-sursatla yanaşı, yüz minlərlə hərbçi itirib:

“Ukraynada həmişəkindən daha çox Rusiya qüvvələri var. Rusiya ordusu indi işğalın əvvəli ilə müqayisədə 15% çoxdur. Son bir ildə Rusiya cəbhə xəttindəki qoşunlarının sayını 360 mindən 470 minə qədər artırıb. Amma rus əsgərləri Ukraynaya çatan kimi ölür. Bundan başqa, Rusiya sənayesi ildə 500-600 tank istehsal edir, ruslar isə döyüş meydanında ildə mindən çox tank, 2000 döyüş maşını itirirlər və bu itki artır. Texnika çatışmazlığını Rusiya 70-ci, bəzi hallarda 50-60-cı illərdən qalma sovet texnikası ilə örtür. Son analizlər göstərir ki, 2025-ci ilin ortalarına kimi anbarlarda köhnə tank və maşınlar qalmayacaq”.