• 29 Aprel 2024
logo
Sarı qum dumanı Yaponiyaya çatıb

Sarı qum dumanı Yaponiyaya çatıb

Çindən hərəkət edən sarı qum-toz dumanı Yaponiyanın paytaxtı Tokioya çatıb.

Baymedia.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Sinoptiklər paytaxt sakinlərinə xəbərdarlıq ediblər ki, görmə məsafəsi 5 kilometrə qədər azala bilər. Sarı tozun təsirinə məruz qalmamaq üçün açıq havada uzun müddət qalmaq tövsiyə edilmir.

Proqnozlara görə, bazar ertəsi Tokioda və qonşu regionlarda hava şəraiti normallaşacaq və hava yenidən təmizlənəcək.

Qeyd edək ki, pis hava şəraitinə Qobi səhrasından toz gətirən güclü külək səbəb olub. Toz dumanı əvvəlcə Çindən keçib, sonra Yaponiyaya çatıb. Adətən bu cür hadisələr yazda müşahidə olunur.