• 28 Aprel 2024
logo
Tacikistan böyük faciədən döndü

Tacikistan böyük faciədən döndü

Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Düşənbə və Vəhdət şəhərlərində bayram tədbirləri zamanı terror aktları hazırlamaqda şübhəli bilinən 15 nəfəri saxlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Asiya Plus” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, Moskva vilayətindəki “Krokus Siti Holl”da “tutulan 15 nəfərin terror aktında şübhəli bilinən şəxslərlə əlaqəsi olub-olmadığı məlum deyil:

“Saxlanılanların şübhəlilərlə əlaqəsi olub-olmadığını istintaq göstərəcək. Onların hamısının eyni zəncirin parçası olub, birlikdə hərəkət edib-etmədiyi, yoxsa hər birinin ayrı-ayrılıqda Rusiya və Tacikistanda terror aktı törətmək istəyib-istəmədiyi hələlik məlum deyil. İstintaq davam edir, və bu suallara cavab vermək lazımdır”, - bildirilib.

Qeyd edək ki, bundan öncə “Röyters” agentliyi Vəhdət şəhərində 9 nəfərin saxlanılması barədə məlumat yaymışdı.