• 27 Aprel 2024
logo
NATO-nun Avropadakı ən böyük bazasını türklər tikir

NATO-nun Avropadakı ən böyük bazasını türklər tikir

Türkiyə şirkətləri Rumıniyada NATO-nun Avropadakı ən böyük hərbi bazasının inşasında iştirak edəcək.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” nəşri məlumat yayıb.

“NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir. Tərəflər bu mövzuda danışıqlar aparır”, - məlumatda qeyd olunub.

Nəşr bildirib ki, Ankara bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement göndərəcək.