• 27 İyul 2024
logo
Türkiyənin yeni kamikadze dronu - Foto

Türkiyənin yeni kamikadze dronu - Foto

Türkiyə yeni kamikadze dron istehsal edib.

Baymedia.az xəbər verir ki, AZAT FPV dronu Qətərdəki müdafiə sənayesi sərgisində nümayiş olunub.

Onun 3 fərqli ölçüdə, 2 növü var. Çəkisi 2 kiloqramdır. 800 qram yük daşıya bilən dron havada 20 dəqiqə qalır.

Dronun konkret olaraq nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.