• 23 Aprel 2024
logo
Ərdoğana yaşı qədər qızılgül göndərdi

Ərdoğana yaşı qədər qızılgül göndərdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana ad günündə 70 ədəd qızılgül göndərib.

Baymedia.az xəbər verir ki, bu barədə Ərdoğan özü danışıb.

“Dövlət bəy hər zamankı nəzakətini bir daha nümayiş etdirdi. O, tamam olan yaşım qədər qızılgül göndərib. Özünə xas estetik tərzdə bir qələm göndərildiyini də dedilər”, - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, fevralın 26-sı Ərdoğanın 70 yaşı tamam olub.