• 21 Fevral 2024
logo
Paşinyan Tokayevlə danışdı

Paşinyan Tokayevlə danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyinə aid məsələlər müzakirə edilib. İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb.

Bildirilir ki, N.Paşinyan Tokayevi Ermənistana rəsmi səfərə dəvət edib. Qazaxıstan Prezidenti də dəvəti qəbul edib.