• 27 İyul 2024
logo
Xalqın dincliyini pozanlara qarşı əməliyyat

Xalqın dincliyini pozanlara qarşı əməliyyat

Qanunsuz silah daşıyan şəxslərə və silah qaçaqmalçılarına qarşı keçirilən “Mercek-7” əməliyyatı nəticəsində 1264 şübhəli şəxs saxlanılıb.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X platformasında bildirib.

Türkiyənin 73 vilayətində keçirilən əməliyyat zamanı 787 sənədsiz tapança, 38 avtomat, 51 səs tapançası və 162 sənədsiz ov tüfəngi olmaqla ümumilikdə 1038 silah-sursat götürülüb.

“Xalqımızın dincliyini pozan mütəşəkkil cinayətkarların və onları silahla təmin edən təşkilatların izindəyik. Onları məsuliyyətə cəlb etməkdə qərarlıyıq”, - Yerliqaya paylaşımında qeyd edib.