• 27 İyul 2024
logo
İstanbul üçün həyəcan təbili çalındı

İstanbul üçün həyəcan təbili çalındı

Yaponiyalı zəlzələ üzrə ekspert Yoşinori Morivaki vətəndaşlara gözlənilən İstanbul zəlzələsinə qarşı tədbir görmələri barədə xəbərdarlıq edib.

Bu barədə Baymedia.az Türkiyə mediasına istinadən məlumat verir.

Bildirilib ki, 2 gün əvvəl episentri Mərmərə dənizinin Gəmlik körfəzinə düşən 5,1 bal gücündə zəlzələ böyük çaxnaşmaya səbəb olub. Bursa və İstanbul başda olmaqla bir çox şəhərdə hiss olunan zəlzələ vətəndaşları qorxuya salıb.

Zəlzələdən sonra mütəxəssislərdən çoxlu sayda xəbərdarlıqlar gəlib. Yaponiyalı zəlzələ üzrə ekspert Yoşinori Morivaki İstanbulda yaşayan sakinlərə xəbərdarlıq edərək bildirib ki, Mərmərə bölgəsi zəlzələnin təsiri baxımından tamamilə riskli və təhlükəlidir. Ekspertin sözlərinə görə, çox böyük zəlzələlər birdən baş vermir.

Adətən sistemli kiçik yeraltı təkanlar böyük zəlzələnin yaxınlaşdığının xəbərçisidir. Morivaki zəlzələnin gözlənildiyi vilayətlər kimi Kipr, Hatay, Mersin, Antalyaya və dənizkənarı bölgələrə diqqət yetirilməsini vurğulayıb. Sunamilərə qarşı da diqqətli olmağı lazım bilən ekspertin fikrincə, Mərmərə, Egey və Aralıq dənizində sunami ola bilər.

“Ona görə də insanlar zəlzələdən sonra daha yüksəklərə getməli və dənizdən uzaq durmalıdırlar”, - deyə ekspert vurğulayıb.