• 2 Mart 2024
logo
Türk ekspertlər İrəvana gəldi - Səbəb

Türk ekspertlər İrəvana gəldi - Səbəb

Bu gün İrəvanda “Yeni regional reallıqlar və Dünyanın kəsişməsi” mövzusunda konfrans başlayıb.

Baymedia.az xəbər verir ki, konfransda iranlı, hind, gürcü və türk ekspertlərin iştirak edəcəyi gözlənilir.

“Konfransın məqsədi regionun mövcud reallıqlarını, qarşılıqlı maraqları və regional layihələri müzakirə etməkdir”, - məlumatda deyilir.

Qeyd olunur ki, İrəvanın təklif etdiyi “Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) layihəsinə əsasən, müzakirələrin regionun geosiyasəti, iqtisadi əlaqələri və perspektivli infrastruktur layihələri üzərində cəmlənməsi planlaşdırılır.