• 27 İyul 2024
logo
Ərdoğan bu gün BƏƏ-yə səfər edəcək

Ərdoğan bu gün BƏƏ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərinə gedir.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, dövlət başçısı Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edəcək.
Sammit çərçivəsində bir sıra dünya liderləri ilə görüş keçiriləcək, ikitərəfli əlaqələr xüsusilə Qəzzadakı son vəziyyət müzakirə ediləcək.