• 29 Fevral 2024
logo
Almatıda hosteldə yanğın: 13 nəfər öldü

Almatıda hosteldə yanğın: 13 nəfər öldü

Qazaxıstanın Almatı şəhərində yerləşən hosteldə yanğın olub.

Baymedia.az xəbər verir ki, bu barədə şəhərin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Məlumata görə, yanğının ümumi sahəsi 30 kv.m-dir:

“Görülən tədbirlərlə yanğın saat 06:22-də (Bakı vaxtı ilə 04:22) söndürülüb. Kəşfiyyat və yanğının söndürülməsi zamanı 13 nəfərin meyiti aşkar edilib. Onlar əvvəlcə dəm qazından zəhərlənərək ölüblər. Hosteldə olan 72 nəfərdən 59-nu xilas etmək mümkün olub”.