• 27 İyul 2024
logo
Fidan Blinkenlə görüşdü

Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Baymedia.az xəbər verir ki, onlar ikitərəfli və regional məsələlər barədə danışıblar.

Tərəflər, həmçinin, Qəzzadakı son durum və İsveçin NATO-ya üzvlüyünü müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl H.Fidan NATO Baş katibi Yens Stoltenberqlə də görüşüb.