• 27 İyul 2024
logo
Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verdi

İraqın şimalında, “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə hərbçilərinə hücum nəticəsində yaralanan əsgər Fevzi Qızıldaş şəhid olub.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, ötən gün də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücumda baş çavuş Necdet Çalış və müddətdən artıq xidmət edən hərbi qulluqçu əsgər Emrah Gündüz şəhid olub.