• 12 İyul 2025
logo
Qazaxıstanda şaxta partladı: 20 nəfər öldü

Qazaxıstanda şaxta partladı: 20 nəfər öldü

09:23

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub.

Baymedia.az xəbər verir ki, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib:

“Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. Daha 31 şaxtaçının axtarışları davam edir”.

Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur.

***

Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb.

Bu barədə "Kazinform" məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti qasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.

Nazirlər Kabinetindən isə vurğulanıb ki, Karaqandadakı mədəndə insanların həlak olduğu "Arcelormittal Temirtau" şirkəti dövlətə təhvil veriləcək.