• 27 İyul 2024
logo
Bu türk ölkəsində güclü zəlzələ oldu

Bu türk ölkəsində güclü zəlzələ oldu

Qırğızıstanın İssık-Kul gölünün cənubunda 6,2 maqnitudalı zəlzələ olub.

Baymedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 122 km cənubda qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub.

Seysmoloqların verilənlərinə görə, Bakı vaxtı ilə saat 01:30-da qeydə alınan yeraltı təkanlar Qazaxıstanın ən iri şəhərində 2-3 bal civarında hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.