Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb.
Baymedia.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
***
Merzifon rayonunda sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Hadisə nəticəsində 35 nəfər yaralanıb.
Ölənlərin sayının artacağı istisna edilmir.