• 10 Dekabr 2023
logo
Türk Ocaqları: Qardaşlarımız, “alaq otları”na fikir verməyin!

Türk Ocaqları: Qardaşlarımız, “alaq otları”na fikir verməyin!

Azərbaycanın işğaldan qurtardığı Qarabağdan öz istəkləri ilə gedən ermənilərə “ağı” deyənlər Xocalıda qətlə yetirilən türklər üçün bir damla göz yaşı tökübmü? Türk düşmənliyini yalan humanizmlə maskalama cəhdlərinin arxasındakı xəyanəti görürük.

Baymedia.az xəbər verir ki, bu sözlər Türk Ocaqlarının Əziz Nesinin gəlini Hilal Nesinin Azərbaycanı qarşı son təxribatçı addımını pisləyən açıqlamasında qeyd olunub.

“Azərbaycanlı qardaşlarımız, içimizdəki alaq otlarına fikir verməyin. Biz hələlik “tək millət, iki dövlət”ik. Hər baxımdan bir olacağımız günlər yaxındır.

Yaşasın Azərbaycan-Türkiyə həmrəyliyi!

Yaşasın türklərin birliyi!”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Hilal Nesin öz X səhifəsində Azərbaycanı Qarabağdan öz istəyi ilə gedən erməniləri sürgün etməkdə günahlandırıb və onlar üçün ermənicə dediyi “ağı”nın videosunu paylaşıb.