• 23 Sentyabr 2023
logo
Ərdoğan: Putini buna inandıra bilmədim

Ərdoğan: Putini buna inandıra bilmədim

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Krımdan imtina etməyə inandırmağa çalışıb.

Baymedia.az xəbər verir ki, Türkiyə Prezidenti bu söhbətin 9 il əvvəl olduğunu bildirib.

“Hələ 2014-cü ildə Putinlə Krımla bağlı müzakirə və danışıqlarım olub. Mülahizələrim uğur qazanmadı. Mən Rusiyanı Krımı tərk etməyə məcbur edə bilməzdim. Hesab edirəm ki, bu, hazırda da mümkün deyil”, – o bildirib.