Türkiyədə koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb.
Bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca elan edib.
O bildirib ki, Türkiyə hökuməti koronavirusun ölkə ərazisində yayılmaması üçün əlindən gələni edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.
Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub.
Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.