• 19 Aprel 2024
logo
Türkiyə TŞ-dən Azərbaycanla bağlı bəyanat

Türkiyə TŞ-dən Azərbaycanla bağlı bəyanat

Azərbaycanla Ermənistan arasındakı dialoq prosesində əldə edilən irəliləyişlərdən məmnunluq duyuruq.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) yeni dövrdə ilk toplantısının bəyanatında bildirilib.
Vurğulanıb ki, Ermənistan-Azərbaycan normallaşma prosesində ədalətli həll həm Qafqazda davamlı sülhün təsisinə, həm də qlobal sabitliyə mühüm töhfə verəcək.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantı 3 saat davam edib.