• 20 Aprel 2024
logo
İranda universitet tələbələri müəmmalı şəkildə öldü

İranda universitet tələbələri müəmmalı şəkildə öldü

İranın Əmir Kəbir Universitetinin bir həftə ərzində iki tələbəsi şübhəli şəkildə həyatını itirib.
Baymedia.az xəbər verir ki, bu barədə adıçəkilən universitetin tələbələrinin "Xəbərname Əmir Kəbir" adlı sosial media kanalı məlumat yayıb.
Rəsmi məlumatlarda Yusif Suizi və Bəsir İbrahimpurun ürək tutmasından öldüyü bildirilsə də, universitetin sosial media kanalında onlara vaxtında tibbi yardım göstərilmədiyi üçün vəfat etdikləri yazılıb.
Bir sıra tələbələr isə adıçəkilən şəxslərin universitetdə verilən yeməkdən zəhərləndiklərini bildiriblər.
Qeyd edək ki, ötən həftə adıçəkilən universitet də daxil olmaqla, İranın bir neçə təhsil ocağında verilən yeməklərin keyfiyyətsiz və köhnə olduğuna görə etiraz aksiyaları keçirilib, tələbələr yeməkdən imtina etmişdilər.