• 29 Mart 2024
logo
Təbrizlə bağlı çarx fars şovinistləri qəzəbləndirdi

Təbrizlə bağlı çarx fars şovinistləri qəzəbləndirdi

Güney azərbaycanlı gənc qızın Təbriz şəhəri üçün hazırladığı tanıtım çarxı sosial şəbəkələrin farsdilli və irqçi istifadəçilərinin qəzəbinə tuş gəlib.
Baymedia.az xəbər verir ki, viceo-çarx sosial media kanallarında müzakirələrə çıxarılıb.
Nilufər adlı istifadəçinin hazırladığı videoda heç bir siyasi mesaj və milliyyətçi çaların olmamasına baxmayaraq, farsdilli istifadəçilər təhqirlər yağdırırlar.
Farsların kəskin mövqeyini görən ərəb, bəluc kimi bəzi qeyri-farslar isə şovinistlərə sərt reaksiya veriblər. Onlar qeyri-fars bir şəhərlə bağlı sadə videoya dözümsüzlük göstərən fars şovinistlərin özlərinin İranın parçalanmasına zəmin yaratdıqlarını qeyd ediblər.