• 29 Mart 2024
logo
İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan

İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan

Türkiyədə keçirilən prezident seçkisinin 2-ci turunda qalib gələn Ərdoğan bundan sonra Qərbin çağırışlarına əhəmiyyət verməyəcək və özünə uyğun olanı edəcək.
Baymedia.az xəbər verir ki, bunu erməni türkoloq Andranik İspiryan deyib.
“Birinci turun nəticələrindən öncə Ərdoğanın qələbəsinə dair ciddi şübhələr var idi. Amma birinci mərhələ başa çatdıqdan sonra nəticələr artıq bəlli olanda ikinci turun nəticələri də öncədən müəyyənləşdi. Ərdoğanın qələbəsinə Oğan amili də təsir edib. İlk turda 5% toplayan Oğan səsləri Ərdoğana yönləndirdi. Heç kimə sirr deyil ki, onun tərəfdarları Türkiyədə yaşayan və milliyyətinə görə Oğana səs verən Azərbaycan nümayəndələri idi. Bu vəziyyətdə onlar öz səslərini Azərbaycana çox da dost olmayan Kılıçdaroğluya deyil, Ərdoğana verəcəkdilər”, - o bildirib.
İspiryan Türkiyənin bölgədə oynadığı roldan təəssüfləndiyini də gizlətməyib:
“Təəssüf ki, ölkəmiz ətrafında baş verən ciddi hadisələrdə Türkiyə əhəmiyyətli rol oynayır. Ərdoğan son illər Qərbdən asılı olmayan siyasət yürüdür. Əgər seçkidən əvvəl Ərdoğan Ermənistanla münasibətlərdə təmkinli olmağa, Qərbi tamamilə özünə qarşı çevirməməyə çalışırdısa, indi artıq belə qorxular yoxdur. Bu o deməkdir ki, Ərdoğan bundan sonra Qərbin çağırışlarına, nəsihətlərinə əhəmiyyət verməyəcək və istədiyi kimi edəcək. Ermənistan bunu nəzərə almalıdır”.