• 19 Aprel 2024
logo
Oğan: Yeni bir dövr başlayır, qalib türk millətidir!

Oğan: Yeni bir dövr başlayır, qalib türk millətidir!

Prezident seçkiləri prosesi başa çatdı. Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin istiqrarına səs verdilər.
Baymedia.az xəbər verir ki, bunu Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan Tvitter hesabında yazıb.
“Seçicilərimiz bu səslərin Sinan Oğana verilmədiyini deyənlərin həvəslərini qursaqlarında qoydu, bizə güvənən və önəmli ölçüdə yerimizi seçdilər. Buradan plana sadiq qalan bütün vətəndaşlarıma minnətdarlığımı çatdırıram. Artıq yeni bir dövr başlayır, qazanan türk millətçiləri, atatürkçülər, türk milləti və dünyası, uduzan isə linç mədəniyyəti və terrorla bağlı olan partiyalar və onlara güvənənlər oldu”, - Oğan qeyd edib.