• 26 Aprel 2024
logo
İYİ Partiyadan Ərdoğana təbrik mesajı

İYİ Partiyadan Ərdoğana təbrik mesajı

İYİ Partiya Qrup sədr müavini İbrahim Özkan və İYİ Partiya İstanbul İl Təşkilatının Qurucu İdarə Heyətinin üzvü Əli Kıdık prezident Ərdoğanı təbrik etdilər.
Baymedia.az xəbər verir ki, onlar bu barədə Tvitter hesablarında paylaşım ediblər.
“Ronaldo və Messi kimi iki futbolçunu ehtiyat skamyasında saxlayan məşqçi günahkardır. Məndən bu qədər. Mənə də bu yaraşar - Təbriklər, Rəcəb Tayyib Ərdoğan...”, - Özkan bildirib.
“Heç kimi böhtan yaxmaq və pisləmək yoxdur. Günah bizdə və Meral Akşeneri dinləməyən, şəxsi eqolarının arxasınca gedənlərdədir. Biz buna hörmətlə yanaşacağıq, dövlətimizin başçısı adlandıracağıq. Rəcəb Tayyib Ərdoğanı təbrik edəcəyik. Siyasi rəqabət bir şeydir, siyasi etika başqa şeydir. Xeyirli olsun” – Kıdık qeyd edib.