• 15 İyul 2024
logo
Maral Akşənər məğlubiyyətlə barışmır: çağırış etdi

Maral Akşənər məğlubiyyətlə barışmır: çağırış etdi

Bu sistemin dəyişəcəyinə ümidimiz və inamımız var.
Baymedia.az xəbər verir ki, bunu müxalif Millət İttifaqının üzvü, İYİ Partiyasının sədri Maral Akşənər prezident seçkilərinin 2-ci turu ilə bağlı danışarkən deyib.
“Bütün müşahidəçilər son ana qədər seçki qutularının başında gözləməlidir. Hər hansı bir yorğunluq əlaməti və ya problem hiss edərlərsə, mənsub olduqları partiyaya zəng etməlidirlər. Xüsusilə gənclərdən xahiş edirəm ki, orda qalsınlar və motivasiyalarını yüksək tutsunlar. Xeyirli olsun!”, - partiya sədri bildirib.
Qeyd edək ki, hazırda səslərin 71%-dən çoxu sayılıb. Cümhur İttifaqının namizədi Ərdoğan 54,37 faizlə liderlik edir.