• 26 Aprel 2024
logo
İran hicab bəhanəsilə xalqı qarşı-qarşıya qoyur - Deputat

İran hicab bəhanəsilə xalqı qarşı-qarşıya qoyur - Deputat

Məcburi hicab qaydalarının tətbiqi ilə bağlı belə yanaşmalar nəzərə alınsa, gərək, şəhərin bütün bazar və mağazaları qapadılsın.
Baymedia.az xəbər verir ki, bu sözləri Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi deyib.
O, İran hökumətinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı əməllərini pisləyib:
"Bu, hicab məsələsini bəhanə edərək xalqı qarşı-qarşıya qoymaq cəhdidir. Hökumətin həyata keçirdiyi tədbirlərin əziyyətini mağaza və iş yerləri sahibləri çəkir”, - o bildirib.
Qeyd edək ki, məcburi hicab qaydalarını pozanlara xidmət göstərən mağaza, restoran və başqa iş yerləri qapadılır, sahibləri isə cərimə olunur.