• 16 İyul 2024
logo
Bu adama inanmaq olarmı? - Ərdoğan

Bu adama inanmaq olarmı? - Ərdoğan

Mayın 28-də seçkiyə gedəcək bütün bacı-qardaşlarımdan bu sualları səmimi qəlbdən soruşmaq istərdim. Seçkidən əvvəl pulsuz evlər vəd edib, sonra zəlzələ qurbanlarımızı evindən qovmağa çalışanlara güvən qalar?
Baymedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bürokratik və ya siyasi həyatında ölkəyə heç bir yaxşılıq etməyən adamdan bu millət bir xeyir görəcəkmi? 17-25 dekabr çevriliş cəhdi zamanı FETÖ-çülərlə əlbir olduğunu öz ağzı ilə etiraf edən birinə etibar etmək olarmı? Meydanlarda 6-8 oktyabr hadisələrinin təhrikçilərini həbsxanadan azad edəcəklərinə söz verənlərdən separatçı təşkilatla mübarizə gözlənilə bilərmi? Rəqiblərini ləğv etmək üçün şantaj, hədə-qorxu, təzyiq, lent yazıları da daxil olmaqla hər yolu yoxlayandan siyasi əxlaq gözləmək olarmı? Dünən “ağ” dediyinə, bu gün “qara” deyən adama əlbəttə ki, güvənmək olmaz. Prezident seçkilərində 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız bizə üstünlük verdi. İnşallah 28 mayı sevimli millətimizin iradəsi və dəstəyi ilə rekord səslə başa vuracağıq”, - Ərdoğan bildirib.