• 19 İyul 2024
logo
Çindən Türkiyədəki seçkilərə reaksiya

Çindən Türkiyədəki seçkilərə reaksiya

Çin ikitərəfli münasibətlərin sağlam inkişafı üçün Türkiyə ilə əməkdaşlığa hazırdır.
Baymedia.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyədə keçirilən seçkiləri şərh edərkən deyib.
“Çin Türkiyədə keçirilən prezident və parlament seçkilərinə diqqət yetirib. Çin Türkiyə ilə strateji əməkdaşlığa sahibdir. İkitərəfli münasibətlərin sağlam və sabit inkişafı üçün Türkiyə tərəfi ilə işləməyə hazırdır”, - o bildirib.