• 23 Oktyabr 2024
logo
Hər ay Türkiyədə inflyasiya… - Ərdoğan

Hər ay Türkiyədə inflyasiya… - Ərdoğan

Türkiyədə inflyasiya hər ay daha da düşür. Çalışacağıq ki, belə da davam etsin.
Baymedia.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin bütün problemlərini hazırkı iqtidar həll edib:
“Ankaranın beynəlxalq siyasi sistemdəki rolunu da biz gücləndirdik. ABŞ-da 32 mərtəbəlik türk evi inşa etdik. Orada buna oxşar başqa tikili yoxdur”.
Ərdoğanın sözlərinə görə, Türkiyə iqtidarı bundan sonra da mövcud çətinliklərin öhdəsindən gəlməyə qadirdir:
“Yetər ki, bir və həmrəy olaq. Biz ölkəmizə daha parlaq gələcək miras qoymaq istəyirik. 85 milyon vətəndaşın hər birinin bu mübarizədə rolu var”.