• 27 Aprel 2024
logo
Güneyli hüquq müdafiəçisi Xameneini hiyləgər adlandırdı

Güneyli hüquq müdafiəçisi Xameneini hiyləgər adlandırdı

Tehranın Evin zindanında məhkumluq həyatı yaşayan zəncanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Əli Xameneinin əfv fərmanını hiyləgərlik adlandırıb.
Baymedia.az xəbər verir ki, o, bu barədə həbsxanadan yaydığı mesajda deyib.
“Dini avtoritar hökumətin anti-feminist siyasəti güclənib və tələbə qızların ardıcıl zəhərlənməsi, məhbus qadınlara qarşı zorakılıqların artması qadınlara zülmün davam etdiyini göstərir", - İran İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədi bildirib.
Qeyd edək ki, əslən güney Azərbaycanın Zəncan şəhərindən olan Məhəmmədi 10 il 8 ay həbs və 154 şallaq cəzasına məhkum edilib.