• 19 Mart 2024
logo
Ərdoğanın rəqibindən inanılmaz vədlər: Prezidenti seçilsəm...

Ərdoğanın rəqibindən inanılmaz vədlər: Prezidenti seçilsəm...

Vətən Partiyasından Türkiyə prezidentliyinə namizəd olan Doğu Perinçek qalib gələcəyi halda ölkəni NATO-dan çıxaracağını açıqlayıb.
Baymedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, son sorğuları əsas dəlil kimi təqdim edən Perinçek Türkiyədə əhalinin 80%-nin ABŞ-ı təhdid, Çinlə Rusiyanı isə dost olaraq gördüyünü bildirib:
“Bizim idarəçiliyimiz dönəmində Türkiyə mütləq NATO-dan çıxacaq. Ona görə ki, NATO Türkiyə üçün yeni təhdid kəsb edir”.
O həmçinin Qərbin Rusiyaya qarşı sanksiyalarını tanımadığını da deyib:
“Rusiyaya qarşı sanksiyalar Türkiyəyə qarşı sanksiya deməkdir. Biz Rusiya ilə iqtisadi əlaqələri gücləndirəcəyik”.
Perinçek həmçinin Krımı da Rusiya Federasiyasının tərkib hissəsi kimi tanıdığını söyləyib.
Qeyd edək ki, Perinçek anti-Qərb baxışları ilə seçilir.