• 19 Aprel 2024
logo
İstanbulda oteldə güclü yanğın: ölənlər var

İstanbulda oteldə güclü yanğın: ölənlər var

İstanbulun Pendik rayonunun Şərq məhəlləsində yerləşən 7 mərtəbəli oteldə yanğın baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, yanğın zamanı 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə yaralanıb.
Yanğın xəbərdarlığından sonra hadisə yerinə çoxlu polis, yanğınsöndürən və tibbi yardım qrupları göndərilib.
Yanğının başvermə səbəbi hələ məlum deyil.
Hazırda oteldən qalan digər şəxslər təxliyə edilib və yanğın söndürülüb.