• 28 Mart 2024
logo
Seçki: AKP-nin səs faizi nə qədərdir? – Sorğu

Seçki: AKP-nin səs faizi nə qədərdir? – Sorğu

Türkiyədə 14 mayda keçiriləcək parlament seçkisi ilə bağlı rəy sorğularının nəticələri açıqlanıb.
Baymedia.az xəbər verir ki, sorğu Türkiyədə fəaliyyət göstərən 15-dən çox müstəqil şirkət tərəfindən aparılıb.
Demək olar ki, bütün rəy sorğularında AKP birinci, CHP isə ikinci yerdə qərarlaşıb. Amma bu sorğulara Cümhur və Millət ittifaqları nöqtey-nəzərindən baxıldığında indiki iqtidarın xeyli geriyə düşdüyü görünür.
“Türkiyə Raporu” şirkətinin keçirdiyi rəy sorğusunda AKP-nin səsi 35.4, CHP-nin 27.4, İYİ Partiyasının 10.3, HDP-nin 10.1, MHP-nin 5.9, Məmləkət Partiyasının isə 5.6 faiz olub.
“AR-G Araşdırma” şirkəti də martın 14-də keçirdiyi rəy sorğularının nəticələrini açıqlayıb. Burada da AKP 31.4 faiz səslə birinci olub. Sonrakı yerlərdə CHP (27.6), İYİ Partiyası (12.9), HDP (12.1), MHP (6.6) qərarlaşıb.
Digər şirkətlərin də keçirdikləri rəy sorğularının nəticələri az fərqlə yuxarıdakılarla demək olar ki, eynidir.