• 29 Mart 2024
logo
Təbrizdən Kərbəlaya gedən avtobus aşdı: 48 yaralı...

Təbrizdən Kərbəlaya gedən avtobus aşdı: 48 yaralı...

Təbrizdən İraqın Kərbəla şəhərinə gedən sərnişin avtobusu qəzaya uğrayıb.
Baymedia.az xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin baş direktoru Payam Cəlali məlumat verib.
"Fevralın 2-si saat 03: 30 radələrində Şərqi Azərbaycandan olan sərnişinləri daşıyan avtobus Kamyaran-Sənəndəc yolunda qəzaya uğrayıb. Nəticədə 48 nəfər yaralanıb. Yaralılardan yeddisi tibb mərkəzlərinə köçürülüb və onlardan dördü xüsusi nəzarət altındadır", - Cəlali bildirib.